10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
Bütün xəbərlər
Fransada nümayişlərdə təxminən 800 nəfər saxlanılıb
Tarix: 01-11-2026 18:00 | Bölmə: Dünya


31 oktyabrda Fransada keçirilən etirazlar və iğtişaşlar zamanı saxlanılanların sayı 779-a çatıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat verib.
Daxili İşlər Nazirliyi həmçinin aydınlaşdırıb ki, qiymətlərin artmasına qarşı nümayişlər zamanı bir neçə şəhərdə baş verən iğtişaşları yatırarkən ümumilikdə 159 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Fransada etirazlar sentyabr ayında işçi sinfinin yaşadığı ərazilərdə təhsil şəraiti və müəllim çatışmazlığı ilə bağlı başlayıb və daha sonra bərabərsizlik, dövlət xərclərinin azaldılması və yaşayış xərclərinin artmasına qarşı hərəkata çevrilib.
Şənbə günü ölkə daxilində 320 mindən çox insan nümayişlərdə iştirak edib. Yeri gəlmişkən, gənclər təşkilatları daha bir həftə səfərbərlik vəd edir. Le Parisien xəbər verir ki, bu bazar ertəsindən etibarən orta məktəbləri, çərşənbə axşamı isə universitetləri blokadaya almağı planlaşdırırlar.





Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər