22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
NNA: Qəddafinin oğlu 10 ildən sonra Livan həbsxanasından azadlığa buraxılıb
Tarix: 10-11-2025 23:41 | Bölmə: Dünya

Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi Livan həbsxanasından girov müqabilində azadlığa buraxılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Livan milli xəbər agentliyi NNA-nın məlumatına görə, o, 10 il həbsdə olub.
Hannibal Qəddafi 1978-ci ildə İmam Musa Sədrin və iki yoldaşının qaçırılması və yoxa çıxması ilə bağlı məlumatları gizlətməkdə ittiham olunub.
"Hannibal Müəmmər Qəddafi 10 il həbsdən sonra bazar günü axşam Daxili Təhlükəsizlik Xidmətinin təcridxanasından azad edilib", - deyə, nəşr bildirir.
Hannibalın azadlığa buraxılmasının 893.000 dollar girov müqabilində mümkün olduğu bildirilir. Bundan sonra Qəddafinin oğlunun vəkilləri bütün saxlanılan əcnəbilərdə olduğu kimi, onun hüquqi statusunu həll etmək üçün Baş Təhlükəsizlik İdarəsinə gediblər.
"Bütün rəsmiləşdirmələri tamamladıqdan sonra onun azadlığa buraxılması qərarı həbsxana direktoruna təqdim edilib və Hannibal Qəddafi azadlığa buraxılıb", - agentlik əlavə edib.
Hannibal Qəddafi 2015-ci ildə Suriyanın Livan sərhədi yaxınlığında qaçırılıb. Daha sonra o, Livana aparılaraq hakimiyyət orqanlarına təhvil verilib. Növbəti il ona qarşı rəsmi ittiham irəli sürülüb. Qəddafi özü ittihamları rədd edib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər