22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
Sarkozi azadlığa buraxıldıqdan sonra evə qayıdıb
Tarix: 10-11-2025 19:10 | Bölmə: Dünya

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Paris həbsxanasından çıxıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti müxbirinin verdiyi məlumata görə, o, evinə gəlib.
Siyasətçi apelyasiya məhkəməsinin qərarından sonra məhkəmə nəzarəti altında azadlığa buraxılıb.
"Həbsdən azad edilən keçmiş Fransa prezidenti Nikola Sarkozi apelyasiya şikayətinə baxıldıqdan bir saat sonra evə gəlib.Agentliyin məlumatına görə, onlarla jurnalist və keçmiş prezidentin bir neçə tərəfdarı onun evinin qarşısında küçəyə toplaşaraq onun qayıdışını alqışlayıblar".
Sentyabr ayında məhkəmə Sarkozini 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi iddiası ilə beş il həbs cəzasına məhkum edib. Oktyabrın sonlarında o, cəzasını çəkəcəyi həbsxanaya gəlib.
Fransanın keçmiş prezidenti dəfələrlə həbsxanada çəkdiyi dəhşətli şəraitdən şikayətlənib.O, yerli yeməklərdən imtina edib, yalnız qatıqla dolanıb və məhbuslar tərəfindən zorakılığa məruz qalıb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər