22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
Avtomobil partlayışı nəticəsində səkkiz nəfər həlak olub
Tarix: 10-11-2025 19:07 | Bölmə: Dünya

""The Times of India" qəzetinin məlumatına görə, Yeni Dehlidə avtomobil partlayışı nəticəsində səkkiz nəfər həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şəhər yüksək hazırlıq vəziyyətinə gətirilib. Partlayış nəticəsində bir neçə avtomobilə ziyan dəyib.
"24 nəfər yaralanıb. Partlayışın səbəbi hələ də məlum deyil", - "Dainik Bhaskar" qəzeti yazıb.
Yüksək səviyyəli kəşfiyyat mənbələri də CNN-News18-ə bildiriblər ki, hadisə ilə bağlı nəticə çıxarmaq üçün hələ tezdir.
Rusiyanın Hindistandakı səfirliyi qurbanlar arasında Rusiya vətəndaşlarının olub-olmadığını araşdırır.
Diplomatik nümayəndəlik TASS-a bildirib ki, "Rusiya səfirliyinin konsulluq şöbəsi Hindistan hakimiyyəti ilə daim əlaqə saxlayır".
Polis partlayışın baş verdiyi ərazini mühasirəyə alıb və hadisə yerində məhkəmə-tibbi ekspertizası qrupu işləyir. CCTV görüntüləri nəzərdən keçirilir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər