Bütün xəbərlər
Putin Sankt-Peterburqda marketdəki partlayışı terror aktı adlandırdı
Tarix: 28-12-2017 12:12 | Bölmə: Dünya

            

Rusiya Prezidenti Vladimir Putin ötən gün Sankt-Peterburqda supermarketdə baş vermiş partlayışı terror aktı adlandırıb.
Trend-in məlumatına görə, V.Putin bu sözləri Suriyada hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərlə görüşü zamanı deyib.
Qeyd edək ki, ötən gün axşam saatlarında mağazanın saxlama kamerasında 200 qr trotil ekvivalentində partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 13 nəfər yaralanıb.






Baxış sayı: 716


Bölməyə aid digər xəbərlər