Bütün xəbərlər
Münaqişə zamanı tanışını öldürüb
Tarix: 22-10-2026 15:59 | Bölmə: Cəmiyyət


 Mari El Respublikasının Zapolnıye Pertnury kəndində yerli sakin tanışını öldürüb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Respublika prokurorluğunun dərc etdiyi məlumata görə, onlar arasında münaqişə baş verib.
Müstəntiqlərin sözlərinə görə, cinayət 21 oktyabr səhəri yerli şəxsi evdə törədilib.
48 yaşlı kişi sərxoş vəziyyətdə mübahisə zamanı tanışının sinəsinə və ətraflarına dəfələrlə zərbə endirib.
Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində ölüb.
Cinayət işi açılıb.İstintaqı Qornomariysk Rayonlararası Prokurorluğu öz üzərinə götürüb.




Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər
14-10-2026, 21:43 Fotoqraf həbs edilib