Bütün xəbərlər
Rusiya Polşanı hərbi təxribat hazırlamaqda şübhəli bilir
Tarix: 22-10-2026 15:52 | Bölmə: Karusel


 "Rusiya Polşanın Kalininqrad vilayəti ilə sərhədə "Qara pantera" tanklarını yerləşdirməsini yaxından izləyir". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hərbi ekspert Andrey Kolesnik "Qazete.ru"ya bildirib.
O, əlavə edib ki, Rusiya tərəfinin hər hansı bir təxribatın qarşısını almaq üçün hər cür imkanı var.
"Bu, çox güman ki, təxribat ola bilər.Biz Kalininqrad vilayətinə doğru bu hərəkətləri yaxından izləyirik".
KOLESNİK BƏYAN EDİB.
Onun fikrincə, Polşa tankları Rusiya sərhədinə yenidən yerləşdirmək qərarını təkbaşına verə bilməzdi. Kolesnik NATO-nun iştirak etdiyinə əmindir.
Daha əvvəl bildirilmişdi ki, Kalininqrad vilayəti ilə sərhədə yaxın Branevo şəhəri yaxınlığında yerləşən Polşanın 16-cı Mexanikləşdirilmiş Diviziyasının silahlanmasına Cənubi Koreyanın K2 "Qara pantera" tanklarının yeni partiyası daxil olub.




Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər
18-10-2026, 21:43 Zəlzələ baş verib