Bütün xəbərlər
"Ekathimerini": ABŞ Yunanıstandan "Patriot" hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməsini tələb edir
Tarix: 28-04-2025 22:06 | Bölmə: Dünya

Vaşinqton Afinaya “Patriot” hava hücumundan müdafiə sistemlərini Səudiyyə Ərəbistanından Ukraynaya köçürmək tələbi göndərib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Yunanıstanın “Ekathimerini” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ Yunanıstana təzyiq göstərir. Amerika Kiyevdən hazırda Afina tərəfindən Səudiyyə Ərəbistanını qorumaq üçün istifadə edilən "Patriot" zenit-raket kompleksləri ilə təmin olunmasını tələb edir.
“Onlar iddia edirlər ki, Vaşinqton Kiyevə dəstəyini azaltmaq qərarına gəlib və avropalılar indi Ukraynanın silahlanmasına cavabdeh olmalıdırlar”, – qəzet yazır.
ABŞ həmçinin Yunanıstandan Ədən körfəzində husilərə qarşı mübarizədə Amerika qüvvələrinə kömək etmək üçün dəniz freqatı göndərməkdə israr edir.
Bundan əvvəl "Bild" qəzeti ABŞ prezidenti Donald Trampın Kinyova 50 milyard dollar dəyərində "Patriot" sistemləri də daxil olmaqla silah satmaqdan imtina etdiyini yazıb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər