20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
İran XİN rəhbəri: "İran-ABŞ danışıqlarında fikir ayrılıqları hələ də qalmaqdadır"
Tarix: 26-04-2025 20:07 | Bölmə: Dünya

Danışıqların bugünkü raundu daha ciddi atmosferdə keçdi, lakin İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında fikir ayrılıqları hələ də qalmaqdadır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
Əraqçi deyib ki, o, ABŞ-la danışıqların gedişatından razıdır, lakin gələcək sazişlə bağlı "ehtiyatla nikbindir".
"Danışıqların üçüncü raundu əvvəlkilərdən daha ciddi oldu, biz tədricən texniki detalları araşdırırıq.Həm ümumi məsələlərdə, həm də detallarda fikir ayrılığımız var", - TASS agentliyi diplomatın sözlərini sitat gətirir.
İranın xarici işlər naziri əlavə edib ki, mayın 3-də baş tutacaq növbəti görüşdən əvvəl ziddiyyətlərin azaldılması imkanlarının müzakirəsi planlaşdırılır.Ərakçi izah edib ki, konkret məsələlərlə bağlı bir sıra fikir ayrılıqları var, “bəziləri ciddi, bəziləri yox”.
Diplomat aydınlaşdırıb ki, danışıqların üçüncü raundu zamanı iqtisadi məsələlər üzrə ekspertlər cəlb olunub. O, İran-Amerika danışıqlarının növbəti mərhələsinə Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssislərinin cəlb olunacağı barədə fikir bildirib.
Bundan əvvəl bildirilmişdi ki, İran və ABŞ arasında İranın nüvə proqramı ətrafında böhranın həlli məsələləri üzrə siyasi və ekspertlər səviyyəsində məsləhətləşmələrin üçüncü mərhələsi Omanda başa çatıb.İranın dövlət televiziya və radio şirkətinin məlumatına görə, Amerika və İran nümayəndə heyətləri gələcək razılaşmanın bir sıra detallarına aydınlıq gətirə biliblər.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər