11:24 / 18-01-2025
Avtomobil suya düşüb
Bütün xəbərlər
Fiko müxalifəti Slovakiyada çevriliş hazırlamaqda ittiham edir
Tarix: 19-01-2025 19:25 | Bölmə: Dünya

Slovakiyanın baş naziri Robert Fiko müxalif “Tərəqqiçi Slovakiya” partiyasını Ukraynadakı kimi dövlət çevrilişi hazırlamaqda ittiham edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Pravda” portalı yazır.
Hökumət başçısının sözlərinə görə, hakimiyyət istənilən mümkün ssenariyə hazırlaşır.
"Biz hər şeyə hazır olacağıq. Xüsusən də "Maydan" üçün, yəni müxalifətin, xüsusən də "Tərəqqiçi Slovakiya" partiyasının inadla axtardığı dövlət çevrilişi üçün", - siyasətçi qeyd edib.
Bununla yanaşı, Fiko qeyd edib ki, Slovakiya müxalifəti nümayəndə heyətinin Ukraynaya səfəri zamanı Tərəqqiçi Slovakiya nümayəndələrinin Kiyev rejiminin başçısı Vladimir Zelenskiyə “sədaqət andı” içməsi heç nə demək deyil.
Bundan əvvəl Slovakiya müxalifəti Kiyev rejiminə Ukraynanı NATO-ya üzv olmaq səylərində dəstəkləyəcəyini və həmçinin ukraynalı yaraqlılara kömək üçün qoşun göndərəcəyini vəd etmişdi.
Fiko öz növbəsində bildirib ki, bu siyasətçilər Kiyev rejiminin maraqlarını öz ölkələrinin maraqlarından üstün tuturlar. Onun fikrincə, onlar bunu “kor-koranə və tənqidsiz” edirlər.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər