Bütün xəbərlər
Almaniya prezidenti Bundestaqı buraxdı və növbədənkənar seçkilər təyin etdi
Tarix: 27-12-2024 15:52 | Bölmə: Dünya

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Bundestaqı buraxmaq və növbədənkənar parlament seçkilərini 2025-ci il fevralın 23-nə təyin etmək qərarını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya prezidentinin hesab etdiyinə görə, erkən seçkilər Almaniyanın milli maraqlarına cavab verən “düzgün qərardır”. Hazırkı hökumət yeni Bundestaqın ilk iclasına qədər öz işini davam etdirəcək.
“Bu gün mən 20-ci Bundestaqı buraxmaq və növbədənkənar seçkiləri gələn il fevralın 23-nə təyin etmək qərarına gəldim”, - deyə, Ştaynmayer bildirib.
Dekabrın 16-da Almaniya kansleri Olaf Şolts Almaniya prezidentinə Şoltsa qarşı etimadsızlıq səsverməsinin alınmasından sonra Bundestaqın buraxılmasını təklif edib. Onun istefasına 717 deputatdan 394-ü səs verib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər