12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
İranda törədilən terror aktına görə məsuliyyəti "Ceyş əl-Zolm" qruplaşması öz üzərinə götürüb
Tarix: 26-10-2024 21:02 | Bölmə: Dünya

İranın Sistan və Bəlucistan əyalətində azı 10 asayiş keşikçisinin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti "Ceyş əl-Zolm" terror qruplaşması öz üzərinə götürüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
Qrup əsasən Əfqanıstan və Pakistanla sərhədin zəif mühafizə olunan hissəsinin olduğu İranın cənub-şərqində fəaliyyət göstərir.
Ölkə polisinin daha əvvəl məlumat verdiyi kimi, terror aktı Taftan bölgəsindəki Govhar Kuh rayonunda baş verib.
İranın daxili işlər naziri İskəndər Momeniyə insidentin araşdırılması üçün xüsusi qrup yaratmaq əmri verilib.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər