Bütün xəbərlər
Putin hokkey matçında iştirak edib
Tarix: 23-12-2017 16:18 | Bölmə: Dünya

                            Oyun Qırmızı Meydanda baş tutub

Rusiya prezidenti Vladimir Putin “Gecə hokkey liqası”nda yoldaşlıq oyununda iştirak edib.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat yerləşdirilib.
Oyun Kremldə, Qırmızı Meydanda baş tutub. Matçın nəticəsi açıqlanmayıb.
Qeyd edək ki, “Gecə hokkey liqası” 15 dekabr 2011-ci ildə V.Putinin və hokkey veteranlarının təşəbbüsü ilə təsis edilib. Yarışın keçirilməsində məqsəd yaşlı nəsli idmana cəlb etmək və hokkeyin Rusiyada bir nömrəli idman növü kimi populyarlaşmasına kömək etməkdir.

              




Baxış sayı: 824


Bölməyə aid digər xəbərlər