Bütün xəbərlər
Kiçik Kennedi Trampın birinci prezidentlik müddətindən sonra dəyişdiyinə inanır
Tarix: 31-08-2024 08:53 | Bölmə: Dünya

ABŞ prezidentliyinə müstəqil namizəd olan kiçik Robert Kennedi 30 ildir tanıdığı Donald Trampın prezident kimi ilk müddətindən bəri əhəmiyyətli dərəcədə dəyişdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, All In "Podcast"a verdiyi müsahibədə Kennedi qeyd etdi ki, əgər Tramp yenidən prezident olarsa, “insanlar onun ilk dövründə olduğundan çox fərqli bir prezident Tramp görəcəklər”.
Onun sözlərinə görə, Tramp indi ölkənin yaxşılaşdırılması kontekstində öz irsinə daha çox diqqət yetirir. Kennedi Trampın fərqli fikirlərə daha açıq olduğunu və mümkün ikinci müddətə fəal şəkildə hazırlaşdığını da vurğulayıb.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər