12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Venesuela Peru ilə diplomatik əlaqələri kəsib
Tarix: 31-07-2024 07:10 | Bölmə: Dünya

Perunun xarici işlər naziri Edmundo Qonzalesi Venesuelanın seçilmiş prezidenti adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Karakas Peru ilə diplomatik əlaqələri kəsir. Qərar Perunun xarici işlər naziri Xavyer Qonzales Olaeçeanın müxalifət lideri Edmundo Qonzalesi Venesuelanın seçilmiş prezidenti təyin etməsindən sonra verilib.
Venesuelanın xarici işlər naziri İvan Gil Pinto X sosial şəbəkəsində “Venesuela hökuməti 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 45-ci maddəsi əsasında Peru Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib” deyib.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər