14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Kanadada meşə yanğını milli parka və bir şəhərə çatıb, binalar yanır
Tarix: 25-07-2024 09:44 | Bölmə: Dünya

Çərşənbə günü, iyulun 24-ü, Kanadanın Alberta ştatında, böyük meşə yanğını Jasper Milli Parkına çatdı və Jasper şəhərindəki binalara ziyan vurdu.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli televiziya kanalı "CBC News" tüğyan edən fəlakət barədə məlumat yayıb. Qeyd olunur ki, yanğın şəhərin bir neçə infrastruktur obyektinə ziyan vurub.
Bundan əvvəl media Albertada böyük meşə yanğınının yayıldığını, Jasper Milli Parkını və Jasper şəhərini təhdid etdiyini yazmışdı. Hakimiyyət şəhər əhalisini və park qonaqlarını təxliyə edir. Nəşrin məlumatına görə, Jasperin 4,7 min sakini təxliyə edilir.
Şəhərdə bir neçə bina yanır və onları söndürmək üçün daha çox yanğınsöndürən çalışır. "CBC News"in məlumatına görə, çərşənbə səhəri, iyulun 24-nə olan məlumata görə, Albertada 176 meşə yanğını qeydə alınıb. RİA Novosti xəbər verir ki, Jasper Milli Parkında da çoxsaylı yanğınlar qeydə alınıb.
Şəhərin cənubunda güclü külək yanğının vəziyyətini daha da ağırlaşdırır.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər