14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
"Le Figaro": Makron NATO sammiti üçün Vaşinqtona səfərini ləğv edə bilər
Tarix: 09-07-2024 18:02 | Bölmə: Dünya

Fransa prezidenti Emmanuel Makron NATO sammiti üçün Vaşinqtona səfərini ləğv etməyi düşünür.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Le Figaro” yazır. Nəşrin məlumatına görə, bir neçə hökumət nümayəndəsi Milli Assambleyaya növbədənkənar seçkilərdən sonra yeni hökumətin formalaşdırılması zamanı Makronun iştirak etməməsindən narahatlığını bildirib.
Bildirilir ki, bunun fonunda Fransa prezidenti həqiqətən də ABŞ-a səfərini ləğv etmək barədə düşünüb.
Yada salaq ki, Fransa parlamentinə iyulda keçirilən növbədənkənar seçkilərdə sağçı Milli Ralli 143 deputat mandatı toplayaraq üçüncü yeri tutmuşdu.
Səsvermənin lideri sol qüvvələrin “Yeni Xalq Cəbhəsi” koalisiyası (182 yer), Makronun rəhbərlik etdiyi “Birgə” koalisiyası ikinci yerdə (168 yer) olub.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər