Bütün xəbərlər
Demokrat konqresmen Baydeni ilk dəfə seçkidən çəkilməyə çağırır
Tarix: 02-07-2024 23:34 | Bölmə: Dünya

Demokrat konqresmen Lloyd Doggett ABŞ prezidenti Co Baydeni seçkidən çəkilməyə çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun bəyanatında deyilənə görə, Bayden 2020-ci ildə Trampdan “Amerika demokratiyasını xilas edib”, ABŞ-ın xeyrinə çox çalışıb, lakin indi onun sələfi Donald Trampdan geri qalır və baş verən müzakirələr vəziyyəti dəyişməyib, RİA Novosti xəbər verir.
Doggett hesab edir ki, Bayden liderlərin yeni nəslini təşviq etməli və öz vaxtında Lindon Conson (ABŞ-ın 36-cı prezidenti) kimi prezidentlik yarışından çəkilmək qərarına gəlməlidir.
"Ümid edirəm ki, o, geri çəkilmək üçün çətin və ağrılı qərarı verir. Mən ondan bunu hörmətlə xahiş edirəm", - konqresmen bəyanatında bildirib.
Bayden və Tramp arasında teledebat iyunun 28-nə keçən gecə baş tutub. CNN-də debatı izləyən tamaşaçıların üçdə ikisi qələbəni Respublikaçı Trampa verib. Və "New York Times"ın redaksiya heyəti Demokrat namizədi yarışdan çəkilməyə çağırıb. Bir çox demokratlar açıq şəkildə partiya rəhbərliyini namizədi təcili əvəz etməyə çağırır, lakin Baydenin kampaniyası mübarizəni davam etdirməkdə israrlıdır.
Bayden-Tramp arasında ikinci debat sentyabrın 10-na planlaşdırılıb. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər