14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Stoltenberq: "Çin NATO-ya meydan oxuyur"
Tarix: 01-07-2024 16:05 | Bölmə: Dünya

Baş katib Yens Stoltenberq Yaponiyanın “Yomiuri” qəzetinə müsahibəsində deyib ki, NATO Çini düşmən hesab etmir, lakin Çin Şimali Atlantika Alyansının dəyərlərinə, maraqlarına və təhlükəsizliyinə problem yaradır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçinin fikrincə, Çin Rusiyaya pilotsuz təyyarələr və raketlərin istehsalına kömək etdiyi üçün İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırır.
Buna görə də NATO Çinə təzyiqi artırmaq üçün Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə tərəfdaşlıq əlaqələri inkişaf etdirməlidir, Stoltenbreg əlavə edib.
Düzdür, ÇXR-i təxribata salmamaq üçün Yaponiyada NATO ofisinin açılması barədə qərar hələ verilməyib.
Rusiya Şimali Atlantika Alyansının baş katibinin sözlərinə mənfi münasibət bəsləyir, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Lakin Pekinin özü bunları qiymətləndirə bilər, Rusiya liderinin nümayəndəsi vurğulayıb.



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər