14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Kolumbiya prezidenti Ukrayna ilə bağlı konfransda iştirakdan imtina edib
Tarix: 15-06-2024 18:36 | Bölmə: Dünya

Kolumbiya prezidenti Qustavo Petro İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransda iştirakdan imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə məlumat verib.
“İsveçrədəki görüşə səfərimi ləğv edirəm və Avropadan müharibəni uzatmağı yox, necə bitirməyi müzakirə etməyi xahiş edirəm”, Kolumbiya rəhbəri deyib.
Onun fikrincə, sammit böhrandan çıxış yollarının axtarışını müzakirə etmək üçün azad forum deyil. "Bütün nəticələr artıq əvvəlcədən müəyyən edilib"-Petro deyib.
Bundan əvvəl İsveçrə prezidenti Viola Amherd Ukraynadakı münaqişənin həlli üçün Rusiyanın danışıqlara cəlb edilməsinin zəruri olduğunu bildirmişdi.
Bir gün əvvəl Vladimir Putin atəşkəsin necə əldə oluna biləcəyini izah etdi. Rusiya Federasiyasının rəhbəri sülh danışıqlarının başlanması üçün şərtləri açıqlayıb. Onların arasında Ukrayna qoşunlarının Rusiyanın yeni regionlarının ərazilərindən çıxarılması və Ukraynanın NATO-ya üzv olmaqdan imtinası da var.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər