14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Husilər “Amerika-İsrail casus şəbəkəsi” üzvlərinin həbs edildiyini açıqlayıb
Tarix: 10-06-2024 23:42 | Bölmə: Dünya

Yəmənin Ənsar Allah hərəkatının (husilər) nümayəndələri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli olduğu iddia edilən “Amerika-İsrail casus şəbəkəsi”nin üzvlərini həbs ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Husilərin təhlükəsizlik rəhbəri Abdel Hakim əl-Xayvani deyib ki, “casuslar” şəhər üsyançıların nəzarətinə keçənə qədər Yəmənin paytaxtı Sənadakı Amerika səfirliyində və digər rəsmi və qeyri-rəsmi qurumlarda çalışıblar.
Onun sözlərinə görə, ABŞ səfirliyinin əməkdaşları 2015-ci ildə təxliyə edilib, lakin “casus şəbəkəsinin agentləri” beynəlxalq humanitar təşkilatların pərdəsi altında öz təxribat proqramını həyata keçirməyə davam ediblər.
Əl-Xayvani aydınlaşdırıb ki, “casuslar” Yəmənin demək olar ki, bütün sahələri haqqında mühüm məlumatlar toplayıb, sonra isə onu düşmən kəşfiyyat xidmətlərinə ötürüblər. O, əlavə edib ki, agentlər onilliklər ərzində öz fəaliyyətlərini həyata keçiriblər, TASS yazır.
Husilər mayın əvvəlində ABŞ və İsrail kəşfiyyat xidmətləri tərəfindən işə götürülən daha bir neçə nəfərin saxlandığını elan ediblər. Ənsar Allah hərəkatının lideri Əbdül-Malik Əl-Husi husilərin İsrailə gedən ticarət gəmilərinə hücumların sayını artırmağı planlaşdırdıqlarını söyləyib.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər