Bütün xəbərlər
Zimbabve Prezidenti: "Afrika Rusiyanın qitəyə qayıtmasını hiss edir"
Tarix: 08-06-2024 18:10 | Bölmə: Dünya

Zimbabve prezidenti Emmerson Mnanqaqva deyib ki, Afrika ölkələri Rusiyanın qitəyə qayıtmasını hiss edir və Rusiya prezidenti Vladimir Putinin siyasətinə hörmətlə yanaşır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində TASS-a müsahibəsində Mnanqaqvanın qeyd etdiyinə görə, Rusiya lideri istər böyük, istər kiçik, istərsə də az inkişaf etmiş dövlətlər olsun, heç bir dövlətə hökmranlıq etməyə can atmır.
"O, onların hamısına eyni dərəcədə hörmət edir və buna görə də biz onu sevirik"- Zimbabve prezidenti deyib.
SPIEF 2024 iyunun 5-dən 8-dək keçirilir, builki forumun mövzusu “Çoxqütblü dünyanın təməli – yeni artım nöqtələrinin formalaşması”dır.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər