Bütün xəbərlər
FT: Deputatlar bələdiyyə seçkilərindən sonra Sunakı vəzifədən salmağa cəhd edə bilərlər
Tarix: 28-04-2024 20:18 | Bölmə: Dünya

Böyük Britaniyada mayın 2-də keçiriləcək bələdiyyə seçkilərindən sonra hakim Mühafizəkarlar Partiyasının bəzi deputatları Rişi Sunakı baş nazir postundan uzaqlaşdırmağa cəhd edə bilərlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Parlamentarilərin fikrincə, Nazirlər Kabinetinin rəhbəri partiyanın başında qalmaq onları İcmalar Palatasına seçkilərdə ancaq sarsıdıcı məğlubiyyətə aparacaq. Və Sunakın vəzifəsindən kənarlaşdırılması ilə Torilər daha çox parlament yerlərini qoruyub saxlamağı gözləyirlər.
Mənbə "Financial Times"ə deyib: "İnsanlar sadəcə onu sevmirlər". Qəzetin yazdığına görə, hazırkı baş nazirin devrilməsinə yardımı onun sələfləri Boris Conson və Liz Truss edir.
Böyük Britaniyada bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər mayın 2-nə təyin edilib.
Anketlərə görə, Rişi Sunakın dəstəyi 46 ilin ən aşağı səviyyəsinə düşüb. Britaniyalıların 75%-i onun fəaliyyətini bəyənmədiyini, yalnız 16%-i isə razı qaldığını bildirib.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər