Bütün xəbərlər
Stokholmda Quran növbəti dəfə yandırıldı
Tarix: 28-04-2024 15:37 | Bölmə: Dünya

Stokholmda daha bir Quran yandırma hadisəsi baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ona isveçli fəal Jade Sandberg rəhbərlik edirdi.
Türkiyənin “A haber” telekanalı müsəlmanların müqəddəs kitabının təhqir olunmasını “İsveç polisinin himayəsi altında” baş vermiş çirkin hadisə adlandırıb.
Sandberqin rəhbərlik etdiyi sosial şəbəkələrdə aprelin 26-da Stokholm rayonlarından birində baş vermiş Quranın yandırılması ilə bağlı video yayılıb. Fəal mayın 3-də Malmödə oxşar aksiya keçirəcəyini bildirib.
Aprelin 17-də İsveç polisinə Quranın yandırılmasının planlaşdırıldığı ictimai toplantının keçirilməsi tələbi daxil olub. Yandırma mərasimi mayın 3-də “Eurovision” musiqi yarışması ərəfəsində Qustav Adolf meydanında baş tutmalıdır.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər