Bütün xəbərlər
Çinin Quançjou şəhərində tornado nəticəsində 5 nəfər ölüb, 30-dan çox insan yaralanıb
Tarix: 27-04-2024 21:54 | Bölmə: Dünya

Çində bir şəhəri vuran tornadoda 5 nəfər həlak olub. Təbii fəlakət 140-dan çox fabrik binasına da ziyan vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, tornado yerli vaxtla saat 15:00 radələrində Quançjou şəhərində baş verib.
Təbii fəlakət 5 nəfərin həyatına son qoyub, 30-a yaxın insan isə yaralanıb. Onların hamısına artıq tibbi yardım göstərildiyi bildirilir.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər