Bütün xəbərlər
İran "MCS Aries"in ekipajını buraxmağa hazır olduğunu təsdiqləyib
Tarix: 27-04-2024 16:37 | Bölmə: Dünya

Tehran Hörmüz boğazında hərbçilər tərəfindən saxlanılan "MSC Aries"-in ekipajını azad etmək imkanını nəzərdən keçirir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan portuqaliyalı həmkarı Paulo Rangel ilə telefon danışığında bildirib.
İranın xarici işlər naziri həmçinin qeyd edib ki, gəminin ekipaj üzvlərinə konsulluq xidmətlərindən istifadə imkanı verilib.
Yada salaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında “Aries” ticarət gəmisini ələ keçirərək Bəndər Abbas limanına köçürüb.
Rusiya Xarici İşlər Nazirliyi rəsmi Tehranın rus dənizçisinin ailəsi ilə əlaqə saxlamasına icazə verildiyini təsdiqləyib.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər