Bütün xəbərlər
ABŞ-da yanacaq qatarı relsdən çıxıb və yanıb
Tarix: 27-04-2024 12:47 | Bölmə: Dünya

Arizona-Nyu Meksiko sərhədində benzin və propan daşıyan yük qatarı relsdən çıxaraq alovlanıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Hadisə aprelin 26-da cümə günü günorta saatlarında Lupton rayonunda baş verib.Ölən və yaralananlar barədə məlumat verilmir.
Yerli polisin məlumatına görə, ümumilikdə altı vaqon yanıb. Yükdaşımaları üçün əsas marşrut olan dövlətlərarası yolda hazırda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
BNSF Dəmiryolunun sözçüsü Lena Kent bildirib ki, şirkət əməkdaşları hadisə yerindədir və dağıntıları təmizləyir. Hazırda relsdən çıxmanın səbəbləri araşdırılır.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər