Bütün xəbərlər
ABŞ ordusu Asiyada orta mənzilli raketlər yerləşdirmək planlarını təsdiqləyib
Tarix: 10-04-2024 22:02 | Bölmə: Dünya

ABŞ 2024-cü ilin sonuna kimi Asiya-Sakit okean regionunda orta mənzilli raket sistemləri yerləşdirməyi planlaşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun Sakit Okean Komandanlığının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda “hər şey plan üzrə gedir”, RİA Novosti xəbər verir.
ABŞ-ın müttəfiqlərindən hansının bu raket sistemlərini öz ərazisində yerləşdirəcəyi hələlik məlum deyil. Bu addımın Çini cilovlamaq məqsədi daşıyacağı gözlənilir.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər