Bütün xəbərlər
CENTCOM: ABŞ husilər üçün nəzərdə tutulan gəmilərdən ələ keçirilən silahları Ukraynaya təhvil verib
Tarix: 09-04-2024 16:47 | Bölmə: Dünya

ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun Ənsar Allah hərəkatının Yəmən üsyançılarına göndərdiyi iddia edilən gəmilərdən ələ keçirdiyi silahları Ukraynaya təhvil verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinə 2021-ci ilin mayından 2023-cü ilin fevralına qədər ABŞ ordusunun ələ keçirdiyi beş mindən çox "AK-47", pulemyot, snayper tüfəngləri, "RPQ-7"-lər və 500 mindən çox 7,62 mm çaplı patron aldığı aydınlaşdırılır.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Xosep Borrell etiraf etmişdi ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu yaxınlarda ondan 7 “Patriot” zenit-raket kompleksi istəyib. Kiyev Rusiya ərazisinə zərbələr endirən silahları və Ukrayna Silahlı Qüvvələrini havadan əhatə edən hava hücumundan müdafiə sistemlərini sistemli şəkildə sıradan çıxaran Rusiya ordusunu aldatmaq üçün zenit sistemlərinin dummylərini də almağa başlayıb.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər