Bütün xəbərlər
Husilər Britaniya, İsrail və ABŞ gəmilərinə, o cümlədən hərbi gəmilərə hücum ediblər
Tarix: 07-04-2024 18:43 | Bölmə: Dünya

Husilərin Müdafiə Nazirliyinin üsyançı Ənsar Allah hərəkatından olan nümayəndəsi Yəhya Səriyyə bildirib ki, müxtəlif bölgələrdə bir neçə gəmiyə raket zərbələri endirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, hərəkatın “Al Masirah” telekanalına bildirib ki, donanma Qırmızı dənizdə Britaniyaya məxsus “Hope Island” gəmisini raketlə uğurla vurub.
Husilər həmçinin Fələstin limanlarına gedən iki İsrail gəmisini - Aralıq dənizi Gəmiçiliyinə (MSC) məxsus Grace F və Gina gəmisini də hədəfə alıblar. “Əməliyyat zamanı bir neçə ballistik və qanadlı raketlər buraxılıb və onlar öz hədəflərinə uğurla çatıblar”, - Saria bildirib.
Bundan əlavə, “Ənsar Allah”ın nümayəndəsi iddia edir ki, husilər Amerika freqatlarına pilotsuz təyyarələrlə zərbələr endiriblər.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər