Bütün xəbərlər
Meksika prezidenti Ekvadorla diplomatik münasibətləri kəsdiyini elan edib
Tarix: 06-04-2024 13:59 | Bölmə: Dünya

Meksika prezidenti Andrés Manuel López Obrador sosial media X hesabında Meksikanın Quitodakı səfirliyində polis məmurlarının hərəkətləri səbəbindən xarici işlər nazirinə Ekvadorla diplomatik əlaqələri dayandırmağı tapşırdığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar əvvəllər diplomatik missiyaya soxularaq Meksika hakimiyyətindən siyasi sığınacaq almış Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası həbs etmişdilər. Obrador hadisəni “beynəlxalq hüququn və Meksikanın suverenliyinin kobud şəkildə pozulması” adlandırıb.
Meksikanın xarici işlər naziri Alisiya Barcena bildirib ki, ölkə Ekvador hakimiyyəti tərəfindən beynəlxalq hüququn pozulmasını pisləmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək niyyətindədir. Onun sözlərinə görə, Meksikanın Kitodakı səfirliyinin bir neçə əməkdaşı hücum zamanı yaralanıb. İndi bütün meksikalı diplomatlar Ekvadoru tərk edəcəklər.
Ekvador hökuməti X sosial şəbəkəsində Qlasın saxlanması faktını təsdiqləyib və hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətlərini ölkənin suverenliyini qorumaq istəyi kimi izah edib. Hökumət ona diplomatik sığınacaq verilməsini “ümumi qəbul edilmiş hüquqi çərçivəyə” zidd olan “toxunulmazlıq və imtiyazlardan sui-istifadə” kimi qiymətləndirib.




Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər