Bütün xəbərlər
İsrail ordusunun sözçüsü Həcəri: "İsrail müdafiəsini gücləndirib və hücuma hazırdır"
Tarix: 04-04-2024 21:10 | Bölmə: Dünya

İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, İsrail silahlı qüvvələri yüksək hazırlıq vəziyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusilə, İsrail Müdafiə Qüvvələri mühüm ərazilərdə bir sıra bölmələrini gücləndirib, hava hücumundan müdafiəni gücləndirib, yəhudi dövlətinin döyüş aviasiyası həm müdafiəyə, həm də hücuma hazır vəziyyətdədir.
TASS agentliyi yazır ki, Həcəri GPS peyk naviqasiya sisteminə müdaxilə edənin İDF olduğunu etiraf edib. Bu yolla İsrail hərbçiləri bəzi təhdidləri zərərsizləşdirmək istəyir.
İsrail ordusunun sözçüsü İsrail əhalisini sakit olmağa çağırıb. Həcəri X sosial şəbəkəsində yazıb ki, elektrik generatorları almağa, ərzaq ehtiyatı toplamağa və nağd pul çıxarmağa ehtiyac yoxdur.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər