Bütün xəbərlər
ABŞ Dövlət Departamenti: BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsi məcburi deyil
Tarix: 25-03-2024 23:52 | Bölmə: Dünya

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnaməsi məcburi deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatın qeyd etdiyinə görə, Vaşinqton qətnamənin tələb etdiyinə - hərbi əməliyyatların dayandırılmasına və girovların azad edilməsinə nail olmaq üçün Təl-Əvivlə danışıqları davam etdirir. Bu sahədə müəyyən irəliləyişlər əldə olunub.
İsrail nümayəndə heyətinin Rəfahdakı vəziyyəti müzakirə etmək üçün ABŞ-a gəlməkdən imtina etməsinə gəlincə, Vaşinqton öz mövqeyini Təl-Əvivə çatdırmağın yolunu tapacaq, Miller əlavə edib.Onun fikrincə, anklavın cənubundakı şəhərdə hərbi əməliyyatın keçirilməsi hələ də böyük səhvdir.
BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq da öz növbəsində təşkilatın istənilən qətnaməsinin beynəlxalq hüquq olduğunu bildirib. Buna görə də məcburidir.
Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katz bir daha təsdiqləyib ki, bütün girovlar azad edilənə qədər İD atəşi dayandırmayacaq. Müdafiə naziri Qalant əlavə edib ki, Qəzzada yekun qələbə olmasa, şimalda Hizbullahla yeni müharibə ehtimalı artır.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər