Bütün xəbərlər
Təhsil və Elm Nazirliyinin rəhbəri Saymon Harris İrlandiyanın yeni baş naziri ola bilər
Tarix: 24-03-2024 22:47 | Bölmə: Dünya

Ali Təhsil, İnnovasiya və Elm Nazirliyinin rəhbəri Saymon Harris İrlandiyanın yeni baş naziri ola bilər, "Irish Times" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Jurnalistlər aydınlaşdırırlar ki, Harris əvvəlki lider və baş nazir Leo Varadkarın gedişindən sonra Fine Gael partiyasının rəhbəri postuna namizədliyini irəli sürmüş yeganə şəxsdir.
Yeni partiya lideri və baş nazir seçkiləri aprelin 6-da baş tuta bilər. Beləliklə, 37 yaşı olan Harris İrlandiya hökumətinin ən gənc rəhbəri ola bilər.
Xatırladaq ki, martın 20-də Varadkar şəxsi və siyasi səbəblərə görə baş nazirlikdən istefa verdiyini açıqlamışdı. O, iki dəfə hökumətə rəhbərlik edib: 2017-ci ildən 2020-ci ilə və 2022-ci ildən 2024-cü ilə qədər.



Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər