Bütün xəbərlər
Məhkəmə İspaniyada Telegramın bloklanmasına qərar verib
Tarix: 24-03-2024 22:41 | Bölmə: Dünya

İspaniya Ali Məhkəməsi ölkədə Telegramın müvəqqəti bloklanmasına qərar verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb yerli media şirkətlərinin messencerdə pirat məzmunun yayılması ilə bağlı şikayətləri olub.
“Reuters” xəbər verir ki, “Telegram”a qarşı məhkəmə iddiası xüsusilə “Atresmedia”, “Mediaset”, “A3 Media” və “Movistar Plus” şirkətləri tərəfindən qaldırılıb. Onlar tətbiqin istifadəçilərinin müəllif hüquqları ilə qorunan materialı sərbəst paylaşa bilməsindən şikayətləniblər.
Telegram nümayəndələri lazımi məlumatların təqdim edilməsi ilə bağlı sorğuya cavab verməyiblər və buna görə də Milli Məhkəmə Kollecinin hakimi Santyaqo Pedras messenceri istintaqa qədər müvəqqəti bloklamaq qərarına gəlib.
Yerli telekommunikasiya operatorları məhkəmə qərarına əməl etməlidirlər. Məhkəmə qərarının nə vaxt qüvvəyə minəcəyi açıqlanmır.



Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər