Bütün xəbərlər
Bəşər Əsəd: "Suriya xalqı rusların ağrısını bölüşür"
Tarix: 23-03-2024 21:43 | Bölmə: Dünya

Suriya prezidenti Bəşər Əsəd Rusiya lideri Vladimir Putinlə telefon danışığında "Crocus City Hall"da baş verən terror aktını pisləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçıları arasında söhbət şənbə günü, martın 23-də baş tutub.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Əsəd Suriya vətəndaşlarının Rusiya xalqının ağrı və kədərini bölüşdüyünü vurğulayıb.
Suriya prezidenti həlak olanların ailələrinə və yaxınlarına şəfa diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Bir çox dövlətlərin başçıları, o cümlədən Qazaxıstan prezidentləri Kasım-Jomart Tokayev, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar Vladimir Putinə başsağlığı veriblər.
Son məlumatlara görə, martın 22-də "Crocus City Hall"da törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 147 nəfər yaralanıb.Faktla bağlı cinayət işi açılıb. Terror aktını birbaşa törədən dördü olmaqla 11 nəfər saxlanılıb.
Rusiya prezidenti Vladimir Putin vətəndaşlara televiziya ilə müraciətində "Crocus City Hall"a hücumun arxasında duran hər kəsin müəyyən edilərək cəzalandırılacağını vəd edib. Dövlət başçısı martın 24-nü ümumxalq hüzn günü elan edib.



Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər