Bütün xəbərlər
Vyetnamda, Moskva vilayətində üç qadını qətlə yetirməkdə ittiham olunan şəxsi tutdular
Tarix: 22-03-2024 23:31 | Bölmə: Dünya

Vyetnam hüquq-mühafizə orqanları üçqat qətl törətməkdə ittiham olunan rusiyalını saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət İnterpol xətti ilə axtarışda olan Rusiya vətəndaşı Mixail Borzıxdan gedir.
Həmin şəxs tezliklə Rusiyaya təhvil veriləcək. Onu Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşlarının nəzarəti altında Moskvaya göndərməyi planlaşdırırlar.
Məlumdur ki, Borzıx fevralın 7-də Moskva vilayətinin Naro-Fominsk şəhər rayonunun Svitino kəndində fərdi evdə güllələnərək qarət edilən üç qadını qətlə yetirməkdə ittiham olunur.
Agentliyin öz mənbəsinə istinadən verdiyi məlumata görə, keçmişdə Mixail Borzıxın regional Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşı olduğu və borca görə qətl törədə biləcəyi iddia edilirdi.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər