Bütün xəbərlər
ABŞ Konqresi spikerin vəzifədən kənarlaşdırılması təşəbbüsü irəli sürüb
Tarix: 22-03-2024 23:25 | Bölmə: Dünya

"Punchbowl News" xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Greene spiker Mayk Consonun vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, konqresmen xanımın hərəkəti səsverməyə çıxarılan büdcə qanun layihəsi ilə razılaşmamaqdan irəli gəlir. Spikerin Ukraynaya yardım üçün 60 milyard vəsaitin ayrılmasına mane olmasından narazı olanların hamısı onun vəzifədən çıxarılmasına səs verə bilər.
Bundan əvvəl məlumat verilmişdi ki, Respublikaçılar Amerika Partiyası Ukraynaya kredit ayırmağı düşünür.



Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər