Bütün xəbərlər
NATO Hərbi Komitəsinin rəhbəri Bauer: "Biz Rusiya ilə münaqişəyə hazırıq"
Tarix: 22-03-2024 17:51 | Bölmə: Dünya

NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer bildirib ki, alyans Rusiya ilə potensial münaqişəyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bauerin Ukrayna nəşrinə müsahibəsində bəyan etdiyinə görə, Şimali Atlantika Alyansının əsas vəzifəsi Rusiya Federasiyası ilə münaqişəyə hazır olmaqdır. Onun sözlərinə görə, əgər bu, yaxın gələcəkdə baş verərsə, o zaman əlimizdə olanlarla mübarizə aparmalı olacağıq. O, əlavə edib ki, bu, sabahın imkanlarını təkmilləşdirməklə bu gün hazırlaşmağın birləşməsidir.
NATO Hərbi Komitəsinin rəhbəri vurğulayıb ki, Ukrayna ərazisində NATO hərbçiləri yoxdur və onların yerləşdirilməsi də planlaşdırılmır. Bauerin sözlərinə görə, əgər NATO üzvü olan ölkələrdən biri Ukrayna ərazisinə qoşun yeridərsə, bunun bütün alyansla bağlı olacağını başa düşməlidir.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rob Bauerdən yeni hava hücumundan müdafiə sistemləri istəyib.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər