Bütün xəbərlər
Macarıstan Rusiya taxılına qarşı sanksiyaların tətbiqinə icazə vermir
Tarix: 22-03-2024 16:30 | Bölmə: Dünya

Avropa Komissiyası Rusiyadan taxıl, yağlı bitkilər və onların emal məhsullarının idxalına sanksiyaların deyil, rüsumların artırılmasını təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Macarıstan anlaşmazlığından yan keçmək üçün edilir.
Bu barədə Polşanın Avropa məsələləri üzrə naziri Adam Szlapka Brüsseldə jurnalistlərə bildirib. Fakt budur ki, yekdillik olmadığı üçün Rusiyaya qarşı sanksiyalar tətbiq oluna bilmir. Siyasətçi qeyd edib ki, xüsusən də Macarıstandan müqavimət var.
Bununla əlaqədar olaraq, Avropa Komissiyası yuxarıda qeyd olunan bitki və məhsulların idxalına əlli faiz rüsum tətbiq etməyi təklif edir. Söhbət təkcə Rusiya deyil, həm də Belarus mallarından gedir.
Avropa Komissiyası bu təklifi mümkün qədər tez təsdiqləyib qüvvəyə minməyi gözləyir.
Rusiya prezidentinin mətbuat katibi daha əvvəl bəyan etmişdi ki, Aİ-nin Rusiya və Belarus taxılına rüsum tətbiq etməsinin nəticələrini öyrənmək lazımdır.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər