Bütün xəbərlər
FTB İranın ABŞ ərazisinə hücumlarından ehtiyat edir
Tarix: 20-03-2024 23:03 | Bölmə: Dünya

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İranın Amerika torpaqlarına hücumlar edə biləcəyindən ehtiyat edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Terrorla mübarizə bürosunun direktor köməkçisi Robert Uellsin ABŞ Nümayəndələr Palatasının komitəsində keçirilən dinləmələrdə dediyi kimi, FTB hesab edir ki, İran öz sabitliyinə təhlükə hesab etdiyi insanlara qarşı kiberhücumlar və sui-qəsdlər təşkil edə bilər.
Onun sözlərinə görə, Tehran general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq keçmiş məmurlara qarşı hücumlar planlaşdırır.
Uells qeyd edib ki, FTB İranla bağlı təhdidləri müəyyən etmək üçün kəşfiyyat məlumatlarından istifadə edir və onlara qarşı mübarizə aparmaq üçün digər dövlət qurumları və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir.
O əlavə edib ki, FTB-nin qiymətləndirməsinə əsasən, ötən il oktyabrın 7-də İsrail və Fələstinin Həmas hərəkatı arasında münaqişənin kəskinləşməsindən sonra İrandan ABŞ-a təhlükə daha da kəskinləşib.
TASS yazır ki, Amerika kəşfiyyatının məlumatına görə, İİKK (İslam İnqilabı Keşikçiləri Korpusu, İran Silahlı Qüvvələrinin elit bölmələri) HƏMAS-a silah və maliyyə yardımı, eləcə də yaraqlıları öyrətməkdə davam edir.



Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər