Bütün xəbərlər
Britaniya Ukraynaya qoşun yeritməyəcək
Tarix: 20-03-2024 22:00 | Bölmə: Dünya

Böyük Britaniyanın baş nazir Rişi Sunakın nümayəndəsi bildirib ki, Britaniya hakimiyyəti Ukraynaya qoşun göndərmək niyyətində deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Fransa prezidenti Emmanuel Makronun bu məsələ ilə bağlı bəyanatından dərhal sonra Böyük Britaniyanın baş nazirinin dəftərxanasının Ukraynada “tam hüquqlu hərbi yerləşdirmə” ehtimalını istisna etdiyini açıqlayıb.
TASS yazır ki, eyni zamanda, London Fransa liderinin Kiyevə yardım göstərmək səylərini alqışlayıb.
Makron fevralın 26-da Qərb dövlətlərinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü açıqlayıb. Lakin bu dövlətlərin əksəriyyətinin nümayəndələri əmin ediblər ki, onların belə planları yoxdur və öz hərbi kontingentlərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakının əleyhinədirlər. Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius isə ümumilikdə Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı müzakirələrə son qoymağa çağırıb.
Bu arada Britaniya kəşfiyyatının- "MI6"-nın keçmiş rəhbəri Riçard Dirlov bir müddət əvvəl bildirib ki, Böyük Britaniya Rusiya ilə “boz” müharibə vəziyyətindədir, lakin ölkənin bir çox vətəndaşı bunu dərk etmir.



Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər