Bütün xəbərlər
Daimi Nümayəndə: "ABŞ kosmosda nüvə silahı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi hazırlayıb"
Tarix: 18-03-2024 20:12 | Bölmə: Dünya


Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib ki, ABŞ və Yaponiya kosmosda nüvə silahının yerləşdirilməsini qadağan edən qətnamə hazırlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,TASS agentliyinin yazdığına görə, daimi nümayəndə orbitə kütləvi qırğın silahlarının çıxarılması cəhdlərinin təhlükəli və qəbuledilməz olduğunu qeyd edib. Bütün ölkələr kütləvi qırğın silahlarının atmosferdən kənarda yerləşdirilməsini xüsusi olaraq qadağan edən Kosmik Müqavilənin 4-cü maddəsinə əməl etməlidir.
Tomas-Qrinfildin sözlərinə görə, qətnamə həm də orbitə buraxılmaq üçün nəzərdə tutulan nüvə silahlarının hazırlanmamasını tələb edir.
Xatırlayaq ki, Kosmos Müqaviləsi 1967-ci ildə qüvvəyə minib. Onu 110 ölkə, o cümlədən Rusiya, ABŞ və Böyük Britaniya imzalayıb və ratifikasiya edib.



Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər