Bütün xəbərlər
İspaniya Ukraynaya qoşun göndərməkdən imtina edib
Tarix: 17-03-2024 19:13 | Bölmə: Dünya

İspaniyanın müdafiə naziri Marqarita Robles “La Vanguardia” nəşrinə müsahibəsində bildirib ki, İspaniya Rusiya ilə münaqişənin kəskinləşməsini istəmədiyi üçün Ukraynaya qoşun yeritmək niyyətində deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Roblesin qeyd etdiyinə görə, əksər NATO ölkələri nəyin bahasına olursa-olsun Rusiya ilə münaqişənin gərginləşməsinin qarşısını almaq üçün Ukraynaya qoşun göndərməyin yersiz olduğunu başa düşür.
Bu arada Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qərb ölkələrinin başçıları Ukraynaya qoşun yeritmək imkanını müzakirə ediblər, hələlik razılıq yoxdur, “amma heç nəyi istisna etmək olmaz”. Bu sözlərə görə Makron NATO tərəfdaşları və Fransadakı siyasi qüvvələr tərəfindən kəskin tənqid olunur.
Kreml belə bir inkişafın Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşmaya səbəb olacağını bildirib.



Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər