22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İspaniyanın müdafiə naziri müharibə təhlükəsini “ümumi və mütləq” adlandırıb
Tarix: 17-03-2024 13:47 | Bölmə: Dünya

Ukrayna Silahlı Qüvvələri üçün döyüş meydanında vəziyyət getdikcə daha acınacaqlı görünür, Avropada potensial müharibə təhlükəsi realdır. Bu fikri İspaniyanın müdafiə naziri Marqarita Robles bazar günü “La Vanguardia” qəzetinə müsahibəsində bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Kiyevin ötən yay başlatdığı əks-hücum ciddi nəticə verməyib və Ukraynanın mövqeyi hər gün zəifləyir.
"Avropa başa düşməlidir ki, təhlükə çox yaxındır, bu, təmiz fərziyyə deyil, bu, reallıqdır"- Robles. "Təhlükə tam və mütləqdir"-nazir deyib.
Eyni zamanda, İspaniya Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, onun ölkəsi, bir çox digər NATO dövlətləri kimi, Ukraynaya hərbçilərin göndərilməsi ideyasını dəstəkləmir. "Ukraynada ispan qoşunları yoxdur və olmayacaq", - o əlavə edib.
Bundan əvvəl Avropa Parlamenti Almaniyanın uzaqmənzilli “Taurus” raketlərinin Ukraynaya verilməsi təklifini dəstəkləyib. Qətnaməni 451 deputat dəstəkləyib, 46 nəfər əleyhinə çıxıb, 49 deputat isə bitərəf qalıb.




Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər