22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Almaniyanın təhsil naziri məktəblərdə müharibəyə hazırlığın tətbiqini təklif edib
Tarix: 16-03-2024 23:28 | Bölmə: Dünya

Alman məktəbləri mümkün təbii fəlakətlərə və müharibələrə hazırlaşır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu təkliflə Almaniyanın təhsil naziri Bettina Stark-Vatzinger çıxış edib.
O, aydınlaşdırdı ki, məsələn, Böyük Britaniyada bu, məktəblərdə adi bir təcrübədir. Almaniyada mülki müdafiə ayrı bir fənnə çevrilməyəcək, lakin hələ də təhsil prosesində öz yerini tapmalıdır, Stark-Vatzinger hesab edir.
Nazir onu da əlavə edib ki, Almaniya Silahlı Qüvvələrinin zabitləri məktəbə gələrək gördüyü işlərdən danışmalıdırlar. Lakin Stark-Vatzinger hərbi çağırışa qarşı çıxıb.
Təhsil nazirinin təklifi dərhal CDU partiyasının nümayəndəsi Karin Prien tərəfindən tənqid edilib. Onlar Stark-Vatzingeri almanları, xüsusən də gəncləri qorxutmamağa çağırıblar. Almaniya hökuməti isə təhlükəsizlik məsələləri ilə məşğul olmalıdır.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər