Bütün xəbərlər
İranda yanğın festivalından sonra minlərlə insan xəsarət alıb
Tarix: 13-03-2024 05:35 | Bölmə: Dünya

İranda Yeni il atəşi festivalı zamanı xəsarət alanların sayı 3200 nəfəri keçib, 14 nəfər ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çaharşanbe-Suri bayramı yazın gəlişini və təbiətin yenidən doğulmasını qeyd edir. Təqvim ilinin axır çərşənbəsi gecəsi qeyd olunur, lakin şənliklərin özü iki-üç həftə əvvəl başlayır. Ənənəyə görə, axşam saatlarında iranlılar küçələrdə od yandırır və onların üstündən tullanırlar.
Müasir bayram adətlərinə məişət pirotexniki vasitələrindən - atəşfəşanlıqdan, fişənglərdən istifadə daxildir. Çox vaxt bu tip materialların istehsalı və istifadəsi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilmir.
Bu dəfə 3253 nəfər xəsarət alıb, onlardan 189-u əzalarını itirib, 1070-in gözü zədələnib, 981-i isə yanıq xəsarətləri alıb.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər