22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Stoltenberq Makron və Papanın ideyalarını dəstəkləməyib
Tarix: 11-03-2024 21:52 | Bölmə: Dünya

NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq Fransa prezidenti Emmanuel Makronun müvafiq təklifini şərh edərkən deyib.
"NATO Ukraynaya qoşun yeritməyi planlaşdırmır. NATO müttəfiqləri münaqişə tərəfi deyil", - o deyib.
Stoltenberq qeyd edib ki, hətta ayrı-ayrı NATO ölkələri belə bir addım atsalar belə, bu, bütün alyansa təsir edəcək. O, Makrona gələcəkdə belə vacib mövzularda “məsləhətləşməyi və ortaq yanaşmaya gəlməyi” tövsiyə edib.
NATO-nun baş katibi Roma Papası Fransiskin Kiyevin “ağ bayraq” qaldırması və danışıqlara başlaması ilə bağlı fikri ilə də razılaşmadığını bildirib. Onun fikrincə, dialoq yolu ilə sülhə nail olmaq üçün hələ də “Ukraynaya hərbi yardım göstərmək lazımdır”.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər