22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Argentina prezidenti Miley maaşının artırılması ilə bağlı fərmanını ləğv edib
Tarix: 10-03-2024 23:16 | Bölmə: Dünya

Argentina lideri Xavyer Miley özünün, həmçinin vitse-prezidentin, nazirlərin və katiblərin maaşlarının 48% artırılmasına dair fərmanı ləğv edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Prezident Aparatının X sosial şəbəkəsində dərc etdiyi sənəddə deyilir.
Yerli jurnalistlərin aydınlaşdırdığı kimi, fevral ayında Miley özü bu fərmanı imzalayıb. Müxalifət deputatlarının dediyi kimi, prezidentin maaşı bununla da 6 milyon pesoya yüksəlib ki, bu da təxminən 6,7 min dollar təşkil edir.
Martın 7-də Miley deputatların və senatorların maaşlarının 30% artırılmasını tənqid edib. Bundan sonra dövlət başçısı ikili standartlarda ittiham olundu.
Bundan əvvəl Argentina prezidenti hökumətin şok islahatları effekt verənə qədər vətəndaşları səbirli olmağa çağırıb. Miley düzgün yolda olduğuna əmindir və problemin simptomlarına görə deyil, problemə görə vurmağa çalışır.



Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər