Bütün xəbərlər
Haitinin paytaxtında quldur dəstələri prezident sarayına hücum ediblər
Tarix: 09-03-2024 15:06 | Bölmə: Dünya

Martın 8-i axşam saatlarında Haitinin paytaxtı Port-o-Prensdə silahlı dəstələr prezident sarayına hücuma cəhd ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerikanın ABC telekanalı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, hücum koordinasiyalı və sürətli olub, müxtəlif qruplar eyni vaxtda bir neçə hökumət binasına, o cümlədən prezident sarayına, Daxili İşlər Nazirliyinə və Haitinin qərb bölgəsinin polis qərargahına hücum ediblər. Şahidlər güclü partlayış və atəş səsləri eşidiblər.
Polislə toqquşma zamanı 10-dan çox dəstə üzvü öldürülüb, lakin bu məlumatlar hələ tam təsdiqini tapmayıb. Polis itkiləri ilə bağlı hələ ki, məlumat yoxdur.
Haitidə iğtişaşlar fevralın 29-da baş nazir Ariel Henrinin olmadığı müddətdə başlayıb. Hökumət başçısı quldur dəstələri ilə mübarizə aparmaq üçün xarici silahlı qüvvələrin yerləşdirilməsini əlaqələndirmək üçün Keniyada idi. Quldur dəstələri Henrinin ölkə rəhbərliyinə qayıtmasının qarşısını almaq niyyətində olduqlarını bəyan edərək Port-o-Prinsdə həyatı iflic ediblər.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər